Sep 18

Cəlilabadda minik avtomobilləri toqquşub, ölən var

Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, VAZ 2107 və “Mitsubishi” markalı minik avtomobilləri toqquşub.

VAZ 2107 bundan sonra elektrik dirəyinə çırpılaraq iki yerə bölünüb. Qəza nəticəsində avtomobilin sürücüsü, rayonun Maşlıq kənd sakini, Elbəyi Telman oğlu Adıgözəlov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.031511068344116