Braziliyanın BMT-dəki nümayəndəsi: ”Ağdam-Xankəndi yolundan istifadə məsələsini nəzərdən keçirməyə çağırırıq”
“Braziliya Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə hörmət edir”.
Bunu BMT Təhlükəsizlik Şurasının iclasında Braziliyanın nümayəndəsi Serjio Franka Danese deyib.
O, həmçinin Azərbaycanın Qarabağ bölgəsinə çıxış üşün Ağdam-Xankəndi yolundan istifadə məsələsini nəzərdən keçirməyə çağırıb.