Ceyhun Bayramov Toivo Klaarı qəbul edib - FOTO
16 avqust 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqlar, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov son zamanlar Ermənistanın bölgədə artan hərbi-siyasi təxribatlarının, bölgədə “blokada” və “gərgin humanitar vəziyyət” barədə saxta və əsassız iddiaların sülh və sabitliyə xidmət etmədiyini vurğulayıb.
Avropa İttifaqı tərəfindən də dəstəklənmiş Ağdam-Xankəndi yolundan istifadə və buna paralel olaraq Laçın yolunda gediş-gəlişin intensivləşməsi barədə, eləcə də erməni sakinlərin nümayəndələri ilə reinteqrasiya isriqamətində görüşə dair razılıqların pozulmasının Ermənistanın normallaşma prosesində maraqlı olmadığını göstərdiyi vurğulanıb.
Tərəflər, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regiomal məsələləri müzakirə ediblər.