Türkiyədə temperatur rekordu qeydə alındı - FOTO
Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki avqustun 15-də ölkədə temperatur rekordunun qırıldığını açıqlayıb və ən yüksək hərarətin Əskişəhərin Sarıcakaya rayonunda 49,5 dərəcə olduğunu bildirib.
Nazir sosial media hesabından istilərlə bağlı paylaşım edib.
O, xatırladıb ki, öncəki rekord 20 iyul 2021-ci ildə Şırnakın Cizre şəhərində 49,1 dərəcə olaraq qeydə alınıb.
“Mən hər kəsi Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi 2053-cü il üçün Sıfır Emissiya və Yaşıl İnkişaf hədəflərimizə uyğun olaraq həssas olmağa dəvət edirəm”, - Özhaseki əlavə edib.
Ülkemizi etkisi altına alan sıcak hava dalgasının etkisiyle, bugün Türkiye’de sıcaklık rekoru kırıldı.
— Mehmet Özhaseki (@mehmetozhaseki) August 15, 2023
Çevre, Şehircilik ve İklim Değişikliği Bakanlığı Meteoroloji Genel Müdürlüğümüz verilerine göre; en yüksek sıcaklık 49,5 °C ile #Eskişehir #Sarıcakaya'da ölçüldü.
Eski rekor… pic.twitter.com/oSKgtRzhYa