Zukerberq və Mask arasında döyüş Pompey şəhərində keçirilə bilər
Tanınmış milyarderlər - “Meta” şirkətinin qurucusu Mark Zukerberq və “X” şirkətinin sahibi İlon Mask arasında döyüş Pompey şəhərinin qədim amfiteatrında keçirilə bilər.
Bu təklifi şəhərin meri edib.
O, həmçinin qeyd edib ki, “hakimiyyət nümayəndələri ilə təmaslardan” sonra onda seçimin Pompeyin üzərinə düşəcəyi təəssüratı yaranıb.
Şəhər merinin sözlərinə görə, təhlükəsizlik baxımından həmin yerdə minlərlə tamaşaçı olmayacaq, lakin döyüş bütün dünyaya yayımlanacaq.
Qeyd edək ki, Zukerberq avqustun 26-da İlon Maska döyüşməyi təklif etmişdi. “SpaceX” rəhbəri oktaqonda rəqiblə döyüşməyə hazır olduğunu yazıb. Daha sonra Zukerberq Maskı “Instagram” səhifəsində məkan seçməyə dəvət edib. Milyarderlər, demək olar ki, dərhal İtaliya ində duel keçirmək variantını nəzərdən keçirməyə başlamışdılar. Ancaq sonra bu ideya baş tutmadı.
Mənbə: RİA Novosti “Telegram” kanalı