Dinozavrların yaşıdı olan canlı tapıldı
Boulderdəki (ABŞ) Kolorado Universitetinin alimləri təxminən 73 milyon il əvvəl Yer kürəsinin sərt mühitində yaşamış kiçik bir məməlinin daşlaşmış qalıqlarını aşkar ediblər.
Paleontoloqların məlumatına görə, yeni növün hər bir dişi qum dənəsi ölçüsündə olub.
Heyvan əslində siçan olmasa da, ona bənzəyib. Tüklü canlının çəkisi təxminən 11 qram olub. O, Alyaskanın şimalında yaşayıb.
Mənbə: gazeta.ru