Eyfel qülləsinin işçiləri və ziyarətçiləri ərazidən təcili təxliyə edilib
Parisdə Eyfel qülləsinin işçiləri və ziyarətçiləri daxil olan bomba xəbərdarlığı ilə bağlı ərazidən təxliyə ediliblər.
Xəbəri Paris polisi də təsdiqləyib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, evakuasiya ehtiyat tədbiri çərçivəsində həyata keçirilib.
Qeyd olunur ki, daxil olan naməlum zəngdən sonra Eyfel qülləsinin ətrafında olan restoranların işçiləri və müştərilər, həmçinin attraksionların ətrafı da boşaldılıb.
Hadisə yerinə baxış keçirmək üçün istehkamçılar cəlb edilib.
Mənbə: Le Parisien