Aug 12

Kalininqradda Rusiya qırıcısı qəzaya uğradı: ANBAAN VİDEO

Rusiyanın Kalininqrad vilayətinin Çernyaxovski rayonunda “Su-30” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Ekipajın katapult etməyə vaxtı olmayıb və nəticədə həyatını itirib.

Göyərtəsində döyüş sursatı olmayan və kimsəsiz ərazidə təlim uçuşu həyata keçirən təyyarə əvvəlcə enməyə başlayıb, sonra yana əyilib və düşüb.

Qırıcı, demək olar ki, tamamilə yanıb. Yaşayış məntəqəsi üçün heç bir təhlükə yoxdur.

İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıq olub.

Mənbə: “SHOT”, “112” “Telegram”

 

 

 

 

Bənzər xəbərlər

Gündəm

0.027597188949585