İraqda “Telegram”a giriş bağlanıb
İraq hakimiyyəti ölkədə “Telegram” mesencerinə girişin məhdudlaşdırıldığını rəsmən elan edib.
Bu barədə İraqın Rabitə Nazirliyinin xüsusi bəyanatında deyilir.
“Telegram”ın bloklanması ölkənin milli təhlükəsizliyi ilə bağlı səlahiyyətli orqanların göstərişləri əsasında, həmçinin yuxarıda qeyd olunan mesencerə qoşulmuş vətəndaşların şəxsi məlumatlarının qorunması məqsədilə həyata keçirilib”, - nazirlikdən bildirilib.
Qeyd olunub ki, aidiyyəti orqanlar dəfələrlə idarəedici şirkətdən “təhlükəsizliyə və ictimai əmin-amanlığa təhlükə yaradan rəsmi dövlət qurumlarına məxsus məlumatların, eləcə də iraqlıların şəxsi məlumatlarının sızdırılmasına görə məsuliyyət daşıyan platformaların bağlanmasında əməkdaşlıq etməyi” tələb ediblər. Lakin şirkət bunu etməyib və səlahiyyətlilərin heç bir müraciətinə cavab verməyib.
Mənbə: TASS