Jul 22

ABŞ Rusiyanın nüvə silahından istifadəyə hazırlığının əlamətlərini görmür

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyə hazırlaşdığına dair heç bir əlamət görmür.

Bunu MKİ direktoru Uilyam Börns Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

ABŞ-nin bunu çox yaxından izlədiyini qeyd edən Börns, eyni zamanda nüvə silahlarının işə keçməsinin ağılsızlıq və məsuliyyətsizlik olduğunu bildirib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2022-ci il sentyabrın sonunda Rusiyanın nüvə silahından istifadə edə biləcəyi bütün vəziyyətləri onun hərbi doktrinasında aydın şəkildə göstərildiyini deyib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.029266119003296