Jul 21

Qətərin xarici işlər naziri İsveç səfiri ilə görüşüb

Qətərin Xarici İşlər Nazirliyi İsveç səfirinə Quranın yandırılması ilə bağlı etiraz notası təqdim edib.

“Qətər Xarici İşlər Nazirliyi bildirir ki, İslama və Qurana qarşı davam edən hücumlar fonunda İsveç səfirini çağırıb və İsveç hakimiyyətini bu çirkin əməli dayandırmağa çağıran rəsmi etiraz memorandumu təqdim edib”, - deyə əmirliyin diplomatik departamentinin bəyanatında bildirilib.

Qeyd edək ki, iyulun 20-də İraqın baş naziri Məhəmməd əl-Sudani Stokholmda Quranın dəfələrlə yandırılması ilə əlaqədar İsveçin Bağdaddakı səfirinin ölkədən çıxarıldığını elan edib. Bu addım 20 iyulda Stokholm şəhərinin mərkəzində İraq səfirliyi qarşısında keçirilən mitinqə reaksiya olaraq atılıb.

Mənbə: gazeta.ru

Bənzər xəbərlər

Gündəm

0.027762889862061