Erməni ordusunun fantastik “fantastik inkişafı”: Əsgərlər tualetə getmək üçün qonşuluqdakı kəndə yollanırlar
Erməni araşdırmaçı jurnalist Qayane Zərgəryan Ermənistan ordusunda hökm sürən xaosdan danışıb və müdafiə naziri Suren Papikyanın fəaliyyətini kəskin tənqid edib.
Müvafiq videomüraciəti jurnalist özünün “Facebook” səhifəsində dərc edib.
Jurnalistin sözlərinə görə, zabitlər rüşvət müqabilində sağlamı xəstə, xəstəni sağlam kimi qeydiyyata alıb xidmətə göndərirlər, həmçinin bir çox əsgər sərxoş zabitlər tərəfindən “çirkli hərbi geyimləri var” deyə döyülürlər.
“Müdafiə Nazirliyinin məsul şəxslərinə nə qədər müraciət edilib, neçə dəfə məruzə edilib, min dəfə də məsələ qaldırılıb ki, Vardenis (Basarkeçər - red.) ərazisində əsgərlərin adi yaşayış şəraiti - tualeti, duşu yoxdur. Əsgərlər təbii ehtiyaclarını ödəmək üçün 400 metrdən çox məsafədə yerləşən kəndə piyada gedirlər. Bu barədə əsgərlərin valideynləri danışırlar. Əsgərlər çimmək üçün mal-qara kimi açıq maşınlarda bir neçə kilometr məsafəyə daşınırlar. Belə hamamdan sonra əsgərlər geri qaytarılır, onların səhhətində problemlər yaranır”, – deyə jurnalist bildirib.
Videomüraciətin sonunda Qayana Zərgəryan Suren Papikyana xəbərdarlıq edib ki, əgər o, Ermənistan ordusundakı problemləri ən qısa müddətdə həll etməsə, real təzyiqlərlə üzləşəcək. Jurnalist vəziyyəti izləyəcəyini və Ermənistan Silahlı Qüvvələrindəki problemləri işıqlandıracağını vəd edib.