Jul 20

Ağstafada avtomobil qadını vuraraq öldürüb

Ağstafa şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1949-cu il təvəllüdlü Raya Abdullayevanı avtomobil vurub.

Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.023710966110229