Britaniya Lordlar Palatasının üzvü: “İran xalqı demokratik dəyişikliklərə layiqdir” - FOTO
“Əxlaq polisi” İranın məcburi hicab qanunlarını tətbiq etmək üçün küçələrə qayıdıb. Bu şər dini diktatura hər bir insanın hüququnu ləkələyir”.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu Britaniya Lordlar Palatasının üzvü David Alton İranda 22 yaşlı Məhsa Əmininin öldürülməsindən 10 ay sonra “əxlaq polisi”nin yenidən fəaliyyətini bərpa etməsinə münasibət bildirərkən deyib.
O bunun həm də dünyada sülhə təhdid olduğunu bildirib.
“Böyük İran xalqı demokratik dəyişikliklərə layiqdir”, - deyə Alton sözlərini yekunlaşdırıb.