Jul 19

Rusiyanın səhiyyə naziri: “Qadınlar daha erkən doğmalı, karyera və təhsillə məşğul olmamalıdırlar”

Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko Dövlət Dumasının plenar iclasında qadınları mümkün qədər tez doğum etməyə, təhsil və karyera quruculuğu ilə məşğul olmamağa çağırıb:

“Belə bir inanc formalaşıb ki, qadın əvvəlcə təhsil alsın, karyera qursun, sonra isə ancaq uşaq sahibi olması ilə məşğul olsun. Lakin bu zaman çoxlu problemlər yaranır. Qadın başa düşməlidir ki, nə qədər tez dünyaya uşaq gətirsə, bir o qədər yaxşıdır”, - nazir bəyan edib.

M.Muraşkonun fikrincə, bunu “məktəb skamyasından” qızlara izah etmək, həmçinin Dövlət Xidmətlərində gənc qadınlar arasında analoji təbliğatla məşğul olmaq lazımdır.

Nazir hesab edir ki, uşağın doğulmasının təxirə salınması sonsuzluğa və digər sağlamlıq problemlərinə səbəb olur.

M.Muraşkonun fikrincə, qadınlara demək lazımdır ki, onlar nə qədər tez ana olsalar, bu, özlərinin və uşaqlarının sağlamlığı, həmçinin şəxsi karyerası üçün bir o qədər yaxşıdır.

Mənbə: theins.ru

Bənzər xəbərlər

Gündəm

0.018355131149292