Tanınmamış Dnestryanı müxalifətinin lideri öldürüldü
Qondarma Dnestryanı Respublikasının müxalifət lideri Oleq Xorjan iyulun 17-də öz evində öldürülüb.
Bu barədə tanınmamış respublikanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzi məlumat verib.
Məlumata görə, iyulun 17-də Xorjan Oleq Oleqoviçin üzərində zorakılıq nəticəsində ölüm əlamətləri olan meyiti yaşadığı fərdi evdə aşkar edilib.
Otaqlardan birində həyat yoldaşı tərəfindən tapılan müxalifət liderinin cəsədi içərisi boş olan açıq seyfin yanında olub.
Hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Faktla bağlı cinayət işi başlanıb.
Mənbə: rossaprimavera.ru