Jul 18

Zelenski Ərdoğana məktub göndərdi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərodğan və BMT baş katibi Antonio Quterrişə taxıl müqaviləsinin uzadılması təklifi ilə məktublar göndərib.

Bu barədə Ukrayna dövlət başçısının axşam müraciətində bildirib.

“Mən Türkiyə Prezidentinə və BMT Baş katibinə Qara Dəniz Taxıl Təşəbbüsü və ya onun ekvivalentinin işini üçtərəfli formatda ən etibarlı şəkildə genişləndirmək təklifi ilə rəsmi məktublar göndərdim. Ukrayna, BMT və Türkiyə birgə qida dəhlizinin fəaliyyətini və gəmilərin yoxlanılmasını təmin edə bilər”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, taxıl müqaviləsi Rusiyanın geri çəkilməsinə baxmayaraq, işləməkdə davam etməlidir. Ukrayna və Türkiyə ilə BMT arasında ərzaq ixracı üzrə saziş qüvvədə qalır və hazırda ehtiyac duyulan yeganə şey onun diqqətlə həyata keçirilməsi və Rusiya Federasiyasına qəti şəkildə təzyiq edilməsidir.

Bənzər xəbərlər

Gündəm

0.031309127807617