Jul 17

Kolizeydə bir ayda üçüncü vandalizm aktı baş verdi

17 yaşlı alman turist Romadakı Kolizeydə abidənin divarına adının baş hərflərini cızdığına görə saxlanılıb.

Bu, eramızın birinci əsrinə aid Flavian amfiteatrında son bir ayda üçüncü belə vandalizm hadisəsidir.

Ötən cümə günü İsveçrədən olan gənc xanım turist analoji əmələ yol verib.

İki həftə əvvəl isə Böyük Britaniyadan gələn şəxs özünün və sevgilisinin adını qədim abidənin divarına yazıb.

Qeyd olunur ki, İtaliyada belə bir vandalizm cinayətinə görə 15.000 avroya qədər cərimə nəzərdə tutulur.

Xatırladaq ki, Kolizeyin tikintisi 70-71-ci illərdə başlayıb. Binanın açılışı 80-ci ildə olub. O, qladiator döyüşləri üçün 476-cı ildə Qərbi Roma İmperiyasının dağılmasına qədər fasilələrlə istifadə edilib. Bir qədər sonra amfiteatr dəfn yeri kimi fəaliyyət göstərib, daha sonralar isə qalaya çevrilib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.028538942337036