Türkiyədə genişmiqyaslı meşə yanğını baş verib - VİDEO
Türkiyənin cənub-şərqindəki Hatay vilayətinin Suriyaya bitişik rayonlarından birinin sakinləri bazar günü güclü təbii yanğın səbəbindən təxliyə edilib.
Məlumata görə, yanğın küləyin təsiri ilə güclənir və Belen mahalının sakinlərini təhdid edir. Bununla əlaqədar təcili təxliyə qərarı verilib.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlamasında bildirib ki, Belendə yanğının söndürülməsinə doqquz təyyarə, 21 helikopter, 59 yerüstü texnika və 375 xilasedici cəlb olunub.
Aidiyyəti qurumlar yanğının lokallaşdırılması üçün tədbirlər görür.
Mənbə: TRT