Rusiya və Belarus 2024-cü il Olimpiadasına dəvət olunmayacaq
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarusu 2024-cü il Olimpiya Oyunlarına dəvət etməyəcək.
Qərar Ukraynadakı münaqişə ilə əlaqədar BOK-un Rusiya və Belarus idmanına tətbiq etdiyi sanksiyalarla bağlı verilib.
Həmçinin, BOK 2022-ci ilin sentyabrından təşkilata üzvlüyü dayandırılmış Qvatemalaya da dəvət göndərməyəcək.
BOK qeyd edib ki, Rusiya və Belarus idmançılarının iştirakı ilə bağlı yekun qərarı təşkilat “müvafiq vaxtda” verəcək.
Mənbə: championat.com