Jul 13

Finlandiya XİN Türkiyədən üzr istədi

Finlandiyanın xarici işlər naziri Elina Valtonen maliyyə nazirinin sözlərinə görə Türkiyənin xarici işlər naziri Hakan Fidana üzrxahlığını çatdırıb.

“Hakan Fidan, NATO sammiti zamanı və keçən həftə Brüsseldə səmərəli danışıqlara görə təşəkkür edirəm. Mən də bir neçə il əvvəl yeni hökumətimizin üzvü tərəfindən deyilən nalayiq sözlərə görə üzrxahlığımı çatdırdım. Bunlar bizim dəyərlərimizi əks etdirmir. Finlandiya Türkiyə ilə ikitərəfli əsasda və müttəfiq kimi əlaqələri yüksək qiymətləndirir”, - XİN rəhbəri Finlandiya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirib.

Xatırladaq ki, “Əsl Finlər” partiyasından olan maliyyə naziri Riikka Purra Finlandiya parlamentinin hazırkı sədri Yussi Halla-ahonun bloqunun qonaqlar kitabında “türk meymunları” haqqında yazıb.

Bənzər xəbərlər

Gündəm

0.02830982208252