Jul 12

Bayden Zelenski ilə görüşüb

“Dünya birliyi Ukrayna sayəsində birləşib. Lakin Kiyev bunun üçün çox yüksək qiymət ödəyib”.

Bunu ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

“Ukraynada baş verənlər çox üzücüdür, amma yaxşı xəbər odur ki, dünya birləşir. Qiymət çox yüksəkdir, amma dünya birləşir. İnsanlar başa düşürlər ki, baş verənləri sadəcə izləmək olmaz”, - deyə ABŞ dövlət başçısı bəyan edib.

Bayden əlavə edib ki, hətta Yaponiya da Ukraynaya birbaşa dəstək göstərir ki, bu da İkinci Dünya Müharibəsindən bəri fövqəladə haldır.

Mənbə: rbc.ua

Bənzər xəbərlər

Gündəm

0.030521869659424