Jul 12

Ukrayna-NATO Şurası yaradıldı

NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yaradıldığını elan edib.

Şuranın ilk iclası alyansın Vilnüsdəki sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə baş tutub.

“Ukrayna-NATO Şurasının ilk iclasına hamınız xoş gəlmisiniz. Bu, tarixi bir məqamdır, Ukrayna və NATO ölkələrinin nümayəndələri Avro-Atlantik təhlükəsizliyi müzakirə etmək üçün yanaşı oturublar”, - deyə Stoltenberq qısa açılış nitqində deyib.

O, həmçinin, Zelenskiyə Ukraynaya torpaqlarını azad etmək və gələcəkdə Rusiya təcavüzünün qarşısını almaq üçün hərbi dəstəyi genişləndirəcəklərini vəd edib. Bundan sonra şuranın toplantısı mətbuata qapalı keçirilib.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.024056911468506