Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər - VİDEO
Gorus-Xankəndi istiqamətində, “Laçın” sərhəd-buraxılış məntəqəsinin işindən yeni kadrlar yayılıb. Görüntülərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) müşayiətilə gələn Qarabağın erməni sakinlərinin sənədlərinin yoxlanılması və gediş-gəlişlərinin təmin edilməsi əks olunub.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.