Jul 08

ABŞ blok etdiyi rusiyalı oliqarxların aktivlərinin məbləğini açıqladı

ABŞ administrasiyası Ukraynada müharibənin başlanmasından sonra rusiyalı oliqarxlara məxsus 500 milyon dollardan çox aktivin bloklandığını iddia edib.

Bu barədə ədliyyə nazirinin birinci müavini, ABŞ baş prokuroru Liza Monako məlumat verib.

O, təfərrüatları açıqlamayıb. Lakin məlum olub ki, söhbət həmçinin Rusiya hökumətini dəstəkləyən şəxslərin aktivlərindən gedir. “Biz Rusiya rejimini dəstəkləyən və ABŞ-nin iqtisadi əks-tədbirlərindən yayınan rusiyalı oliqarxlara və başqalarına məxsus 500 milyon dollardan çox aktivlərə məhdudiyyətlər qoymuşuq”, - deyə Liza Monako G7 ədliyyə nazirlərinin Tokioda keçirilən iclasında bildirib.

Bəyanatların stenoqramı Vaşinqtonda ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidməti tərəfindən yayılıb.

Bundan əlavə, nazir müavini qeyd edib ki, ABŞ prokurorluq orqanları indiyədək 30-dan çox şəxsə qarşı Rusiya ilə bağlı sanksiyalardan və Vaşinqtonun ixraca nəzarət qaydalarına tətbiq etdiyi sanksiyalardan yayınmaları və çirkli pulların yuyulması üzrə ittiham irəli sürüb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.030977010726929