Jul 08

Rusiyada ildırım skuteri vurdu: Şəhər sakini ağır yaralandı - VİDEO

Rusiyanın Moskva vilayətində güclü leysan zamanı sakinlərdən biri ildırım vurması nəticəsində ağır yaralanıb.

Məlumata görə, hadisə axşam saatlarında Kolomna şəhərinin Vokzalnaya küçəsində baş verib. Təbii cərəyan axını qadının yanındakı skuterə və ya ağaca dəyib. Bununla bağlı yayılan videoda ildırım vuran qadının ayağa qalxa bilmədiyi görünür. Zərərçəkmiş hər iki ayağından yanıq xəsarətləri ilə yerli xəstəxanaya çatdırılıb.

Məlumata görə, 43 yaşlı Yelena adlı qadın birinci dərəcəli yanıq xəsarəti alıb. Hazırda həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Mənbə: “SHOT” “Telegram”

Bənzər xəbərlər

Gündəm

0.025632858276367