Jul 07

“Klon” serialının məşhur aktyoru xəstəxanaya yerləşdirilib - FOTO

Xüsusən “Klon” serialında oynadığı Əli əmi rolu ilə tanınan braziliyalı aktyor Qarsia Stenio kəskin sepsis xəstəliyi ilə tibbi mərkəzə yerləşdirilib.

Bu barədə məlumat 91 yaşlı aktyorun “Instagram” səhifəsində yerləşdirilib.

Qeyd olunur ki, sənətçi özü həkimlərə müraciət edib.

Məlumatda həmçinin qeyd olunur ki, hazırda qocaman aktyor sağlamlığını bərpa etməklə məşğuldur və həkimlərin xüsusi nəzarətindədir.

Məlumat üçün qeyd edək ki, sepsis həyati təhlükə yaradan xəstəlik hesab olunur.

Bənzər xəbərlər

Gündəm

0.033602952957153