İranda bəhai gənclər dinə qarşı çıxdıqları üçün uzun illik həbs cəzasına məhkum edildilər - FOTO
İranda bəhai dininə mənsub 14 nəfər azadlıqdan məhrum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Mazandaran əyalətinin Qiamşəhr İnqilab Məhkəməsi 14 bəhaini İslam qaydalarına zidd olan maarifçilik və ya təbliğat ittihamları ilə həbs edib.
Sanaz Hikmət Şər və Bita Həqiqi hər biri 3 il müddətində, Samiyə Qəlinejad, Məhsa Fətihi, Bəsir Məsimi, Ənis Sənayi, Nazənin Güli, Nigar Darabi, Henqame Əlipur, Gülbən Fəllah, Əfnanə Nemətian, Məcir Səmimi, Sam Səmimi və Manə Qəlinejad hər biri 1 il 2 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə bəhailərin həbsi zamanı ələ keçirilən bütün əşyaları hökumətin xeyrinə müsadirə edib.