İraq Quranı yandıran mühacirə görə İnterpola müraciət ünvanlayıb
İraq məhkəməsi Stokholmda müsəlmanların müqəddəs kitabı olan Quranın nüsxəsini yandıran İraq əsilli mühacir Salvan Momikanın həbsi üçün rəsmi müraciət edib.
Bu barədə İraq Baş Prokurorluğunun xüsusi bəyanatında deyilir.
“Baş Prokurorluq İnterpola bütün lazımi məlumatları təqdim edib və Stokholmun mərkəzində Quran nüsxələrini yandıran iraqlı mühacir üçün rəsmi həbs qərarı verib”, - İraq Baş Prokurorluğunun bəyanatda qeyd olunub.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb.
Mənbə: TASS