Mərkəzi Banka iqtisadi müstəqilliyin verilməsinə dair layihə təsdiqlənib
Milli Məclis Mərkəzi Banka iqtisadi müstəqilliyin verilməsinə dair layihəni III oxunuşda təsdiqləyib.
“Report”un xəbərinə görə, “Mərkəzi Bank haqqında” Qanuna təklif edilən dəyişiklik sənədinə əsasən, Azərbaycan Mərkəzi Bankı iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir.
Bu qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.