Kiyevdə məhkəmə binasında partlayış: Ölən və yaralananlar var
Kiyev məhkəməsinin binasında partlayış olub.
Bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.
Məlumata görə, partlayış Şevçenkovski Rayon Məhkəməsi ərazisində qeydə alınıb.
Nazir bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib:
“Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb”.