“Qızıl Qlobus”un sahibi dəyişdi
“Dick Clark Productions” “Qızıl Qlobus” mükafatlarını və onun bütün aktivlərini Hollivud Xarici Mətbuat Assosiasiyasından (HFPA) alıb.
Məlumata görə, bu HFPA və onun üzvlərinin fəaliyyətinin dayandırılması, həmçinin mükafatın qeyri-kommersiya müəssisəsindən kommersiya müəssisəsi formatına keçməsi deməkdir.
Mükafatın yeni sahibi assosiasiyanın fəaliyyətini davam etdirəcək Qızıl Qlobus Fondu yaradacaqlar.
Bundan əlavə, sövdələşmənin bir hissəsi olaraq, “Dick Clark Productions” və tərəfdaşları illik mükafat şousunu planlaşdıracaq, tədbirə təşkilatçılıq və prodüserlik edəcək.
Namizədlərin və qaliblərin necə seçiləcəyi hələlik məlum deyil. Əvvəllər sözügedən məsələlərə HFPA üzvləri cavabdeh idilər ki, bu da qaranlıq sövdələşmələr haqqında şayiələrə, səslərin saxtalaşdırılması və rüşvətxorluq iddialarına səbəb olurdu.
Mənbə: daily.afisha.ru