Hindistan və Çin qarşılıqlı olaraq bir-birinin jurnalistlərini qovdular
Hindistan və Çin hakimiyyətləri qarşılıqlı olaraq hər iki ölkədə bir-birinin jurnalistlərinin fəaliyyətinə xitam veriblər.
Belə ki, Hindistan ölkədə qalan iki çinli jurnalistin vizasını uzatmaqdan imtina edib, Çin isə buna cavab olaraq yeganə hindli jurnalistin akkreditasiyasını ləğv edib.
Qeyd olunur ki, Hindistandakı çinli jurnalistlər dövlət mediası olan “Sinxua” və Çin Mərkəzi Televiziyasını təmsil edirdilər. Bundan əlavə, Çin Xarici İşlər Nazirliyi Hindistanda jurnalistlərinin təqib edildiklərini bəyan etsə də, bu məsələni həll etməyə hazır olduğunu qeyd edib.
Həmçinin bildirilib ki, ziddiyyətlər sərhəddə baş verən toqquşmalardan sonra artıb.
Hindistan və Çin bir-birinin jurnalistlərini ölkədən çıxararaq, mediaya qarşılıqlı çıxışlarını ləğv ediblər.
Mənbə: “The Wall Street Journal”