Rusiya Daxili İşlər Nazirliyi amerikalı senatoru axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi ABŞ senatoru Lindsi Qremi axtarışa verib.
Onun barəsində Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin rusofob ifadələr faktı üzrə cinayət işinin açılmasına göstəriş verib.
“9 iyul 1955-ci il təvəllüdlü, amerikalı Qrem Lindsi Olin Cinayət Məcəlləsi maddəsi üzrə axtarışa verilib”, - deyə qurumun məlumat bazasında bildirilib. Lakin hansı maddə üzrə axtarışa verildiyi göstərilməyib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə senator Qrem bildirib ki, Ukraynadakı müharibə zamanı rusiyalıların öldürülməsi Vaşinqtonun ən yaxşı sərmayəsidir. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Qremin sözlərini ABŞ üçün biabırçılıq kimi dəyərləndirib.
Mənbə: TASS