May 27

Keçmiş zabit yeni təhlükə barədə xəbərdarlıq etdi: “Ölkə rəhbərlərinin beynini zədələyən silah yaradılır”

Gələcəkdə münaqişələr zamanı ABŞ Silahlı Qüvvələrinin yeni təhlükə ilə üzləşmə ehtimalı var.

Belə ki, ölkə liderlərinin beynini zədələmək üçün nəzərdə tutulmuş “neyrozərbə” silahları yaradıla bilər.

Bu barədə ABŞ Ordusunun Xüsusi Əməliyyat Qüvvələrinin keçmiş zabiti, milli təhlükəsizlik üzrə ekspert Robert Makkreyt xəbərdarlıq edib. Robert Makkreyt bununla bağlı ABŞ Quru Qüvvələrinin Təlim proqramları və doktrinaların inkişafı üzrə komandanlığının “Mad Scientist” bloqunda dərc olunan məqalədə bildirib.

O, bu cür silahların öz qurbanlarına fiziki və neyron səviyyədə zərbə vuran texnologiyalar olduğuna diqqət çəkib.

Makkreytin sözlərinə görə, bu silahlar konkret liderləri, müdafiə komplekslərini və əsas infrastrukturu tədricən zəiflədə bilər.

Analitik qeyri-kinetik silahlardan istifadənin mümkün strategiyalarından danışıb. Bunu ölkə rəhbərliyinə ildırım sürəti ilə endirilmiş “başkəsən zərbə” və ya liderlərin analitik qabiliyyətlərini azaldan, görünməz, uzunmüddətli təsir hesab etmək olar.

Keçmiş zabitin sözlərinə görə, belə bir silah bütün məlum müdafiə vasitələrini dəf etməyə və əsgərləri praktiki olaraq müdafiəsiz qoymağa qadirdir. Məlumata görə, bu gün Çin fəal şəkildə “beyni zədələyən silah” hazırlanması ilə məşğuldur. Bununla əlaqədar ABŞ Ticarət Nazirliyi bu yaxınlarda Çində müvafiq texnologiyalar üzərində işləməkdə şübhəli bilinən şirkətlərə qarşı sanksiyalar tətbiq edib.

Mənbə: “EADaily”

Bənzər xəbərlər

Gündəm

0.018451929092407