Türkiyə prezidenti seçkilərində yeni rekord qeydə alındı
Türkiyə prezidenti seçkiləri üçün xaricdə və gömrük məntəqələrində verilən səslərin sayı 1 milyon 856 min 968-ə çatıb.
Bununla da, birinci turdakı iştirakçı sayı rekordu (1 milyon 839 min 470) yenilənib.
Xatırladaq ki, mayın 20-dən etibarən xarici ölkə nümayəndəliklərində və gömrük məntəqələrində xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə prosedurları başlayıb.
Xarici ölkələrdə səsvermə bu gün başa çatacaq, gömrük məntəqələrində isə mayın 28-i türkiyə vaxtilə saat 17:00-dək davam edəcək.
Mənbə: Haber Global