May 24

Xarkovda bombalanmış məktəbin xarabalıqları üzərində vals - VİDEO

Ukraynanın Xarkov şəhərində Rusiya ordusu tərəfindən bombalanan məktəbin şagirdləri təhsil müəssisəsinin dağıntıları üzərində rəqs ediblər.

Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Qeyd edək ki, Rusiya ordusu bu məktəbi iki dəfə - 2022-ci il martın 2-də və iyunun 2-də bombalayıb. Birinci dəfə raket binada nəhəng dəlik açıb, pəncərə və qapılar sökülüb. İkinci hücumda məktəb tamamilə dağılıb, 71 yaşlı qadın ölüb, bir kişi isə yaralanıb.

 

Bənzər xəbərlər

Gündəm

0.0848069190979