Gürcüstanda cüdo üzrə dünya çempionunun evi qarət edilib
Gürcüstanın Xaşuri şəhərində cüdo üzrə hazırkı dünya və Avropa çempionu Luka Maysuradzenin evi qarət edilib.
İlkin məlumatlara görə, evdən qızıl-zinət əşyaları və min lariyə qədər pul oğurlanıb.
Bildirilir ki, oğurluq zamanı evdə heç kim olmayıb.
Ölkənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparır.
Xatırladaq ki, 25 yaşlı Luka Maysuradze Dohada keçirilən dünya çempionatından təzəcə qayıdıb və oradan qızıl medal gətirib.
Mənbə: apsny.ge