şair Fərid Qubalı.
Hərə bir cür hava çalıb,
Satan satıb,alan alıb,
Ata çatmağa çox qalıb,
Sən eşşəyə çat,bala çat,
Xoşundusa yat,bala yat,
Vermə özüvə işgəncə,
İşgənsə pis çıxdı məncə,
Halalı yeməzdən öncə,
Haram mala qat,bala qat,
Xoşundusa yat,bala yat.
Zəhərivi tök,ilan ol,
Eşşək belində palan ol,
Çəmənzarda bir tikan ol,
Qızılgülə bat,bala bat,
Xoşundusa yat,bala yat.
Mozalan jurnalının foto-müxbiri şair Fərid Qubalı.