Tramp təcavüz ittihamı ilə bağlı məhkəməyə çağırılacaq - FOTO
ABŞ-nin keçmiş prezidenti Donald Tramp təcavüzdə ittiham olunub.
Onun 1990-cı illərdə soyunub-geyinmə otağında qıza təcavüz etdiyi ittihamı irəli sürülür və bununla bağlı məhkəməyə çağırılacaq.
Ceyn Kerroll adlı köşə yazarı Trampın ona soyunub-geyinmə otağında təcavüz etdiyini iddia edib. Bununla bağlı işə Nyu-Yorkda federal münsiflər məhkəməsində baxılacaq. Eks-prezidentə qarşı ittiham irəli sürən daha iki qadın şahid qismində çağırılacaq.
Eyni zamanda Trampın məhkəmə iclaslarına qatılıb-qatılmayacağı məlum deyil. Vəkilləri onun iştirak etmək istədiyini bildirib. Lakin əlavə ediblər ki, bu, şəhərdə logistik və təhlükəsizlik problemlər yarada bilər.
Tramp isə bu iddianın doğru olmadığını deyib və bildirib ki, köşə yazarı bunu öz piarı üçün uydurub.
Kerrollun sözlərinə görə, hadisə Manhettendə “Berqdorf Qudman” mağazasının paltardəyişmə otağında 1995-ci ilin sonu və ya 1996-cı ilin əvvəlində baş verib.
Mənbə: “The Wall Street Journal”