Apr 13

“Google” ofislərində COVID-19 peyvəndi təlimatını ləğv edir

“Google” 2021-ci ilin dekabrında başlatdığı COVID-19 peyvəndi təlimatını ləğv edib.

Texnologiya nəhəngi işçilərinə bu barədə qeyd göndərib: “COVID-19 peyvəndi siyasətimizi təcili tədbir olaraq həyata keçirdik. Ancaq dünya indi çox fərqli bir yerdədir”.

“Google” ofis binalarına giriş üçün peyvənd məcburiyyətini ləğv edən ilk böyük texnologiya şirkəti olub.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden COVID-19 epidemiyasına qarşı milli fövqəladə hallara cavab tədbirlərini dayandırmağa yönəlmiş qanun imzalayıb.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.025352001190186