Apr 02

Türkiyə sahillərində yük gəmisi saya oturdu

Yunanıstanın Pire limanından Gürcüstanın Poti limanına gedən “Maren” adlı konteyner gəmisi Qara dənizin Kastamonu sahillərində saya oturub.

Məlumata görə, Türkiyənin Sahil Mühafizəsi qüvvələri Antiqua və Barbuda bayrağı altında üzən gəmini yerindən tərpədmək üçün tədbirlər görür.

Bildirilir ki, gəminin idarəetmə sükanı sıradan çıxıb. O, dayanıb və daha sonra saya oturub.

Hadisənin hər hansı mənfi nəticələri barədə məlumat yoxdur.

Gəminin yaxın saatlarda təyinat limanına doğru istiqamətini davam etdirəcəyi gözlənilir.

Mənbə: CNN Türk

Bənzər xəbərlər

Gündəm

0.040672063827515