“Taliban” Ramazan ayında qiymətləri qaldıran sahibkarları cəzalandırıb
Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı Ramazan ayında qiymətləri qaldıran mağazaların bağlanılmasına dair göstəriş verib.
Belə ki, Məzari-Şərifdəki bəzi tacirlər Ramazan ayından istifadə edərək qiymətləri qaldırıblar.
Lakin yerli sakinlərin şikayətindən dərhal sonra yoxlamalar təyin edilib və qiyməti qaldıran sahibkarların mağazaları qapadılıb.
Yerli mətbuat yazır ki, təkcə ötən gün Məzari-Şərifdə ümumilikdə 80 ərzaq və ət satan iaşə obyekti bağlanılıb.
Mənbə: Etilaatroz