Mar 30

Netanyahu: “İsrail Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır” - YENİLƏNİB + FOTO

Martın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Baş nazir Binyamin Netanyahu, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş edib. O, Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlayıb və Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.

18:07

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. 

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “Twitter” hesabında xəbər verib. 

Onun sözlərinə görə, Netanyah ilk olaraq Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə Ceyhun Bayramovu təbrik edib. Bundan sonra regional məsələlər müzakirə edilib və ikitərəfli əməkdaşlığı gücləndirməkdə davam etmək barədə razılığa gəlinib. 

Bənzər xəbərlər

Gündəm

0.027678966522217