Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılacaq
Rusiya səfiri Viktor Tatarintsev tezliklə İsveç Xarici İşlər Nazirliyinə çağırılacaq.
Səfirdən İsveçin NATO-ya daxil olmasına dair dərc etdiyi məqalə ilə bağlı izahat istəniləcək.
“Xarici İşlər Nazirliyi bu davranışla bağlı tənqidini bildirmək üçün Rusiya səfirini çağıracaq”, - deyə İsveçin XİN rəhbəri Tobias Billstrem açıqlamasında bildirib.
Xatırladaq ki, daha əvvəl Rusiya səfiri dərc etdiyi məqalədə qeyd etmişdi ki, İsveç tam şəkildə NATO-ya daxil olduqdan sonra Qərb blokunun Rusiya ilə sərhədi iki dəfə artacaq.
“Əgər kimsə hələ də düşünürsə ki, bu amil hansısa yolla Avropanın təhlükəsizliyini yaxşılaşdıracaq, əmin olun ki, düşmən blokun yeni üzvləri Rusiyanın cavab tədbirləri, o cümlədən hərbi xarakterli tədbirləri üçün qanuni hədəfə çevriləcəklər”, - deyə Tatarintsev məqaləsində yazmışdı.
Mənbə: Lenta.ru