Məşhur türkiyəli müğənni haqqında şok iddia: “Hər gün bizə və ya yoldan keçən hər hansı qadına...” - FOTO
Məşhur türkiyəli müğənni Selami Şahin haqqında şok edəcək iddia irəli sürülüb.
“Seninle başım dertte”, “Gitme, sana muhtacım”, “Bulamazsın” kimi çox sayda unudulmaz sevgi mahnıları ilə tanınan Selami Şahin təəccüb doğuran davranışda ittiham olunub.
Bildirilib ki, müğənninin İstanbulun Etiler istiqamətində məşhur ticarət mərkəzində ofisi var. Həmin istiqamətdə yaşayan qadınlar iddia ediblər ki, Selami Şahin ticarət mərkəzinin qarşısında dayanır, qadınlara yaxınlaşaraq onlarla salamlaşır, lakin sonra əllərini buraxmır. Ardınca da qadınları qəribə təkliflərlə ofisinə dəvət edir.
Etiler ərazisində yaşayan qadınların bu haldan çox narahat olduqları deyilir. Hətta bununla bağlı görüntülər də yayımlanıb.
“Selami Şahin hər gün bizə və ya yoldan keçən hər hansı qadına əl uzadıb görüşür. Amma əlini heç cür buraxmır. Sonra ofisinə qəhvə içməyə dəvət edir, qəribə təkliflər edir. Bu vəziyyətdən bezmişik, narahatıq”, - deyə adının açıqlanmasını istəməyən iki qadın müsahibələrində qeyd edib.
Qeyd edək ki, Selami Şahinin 38 illik xoşbəxt evliliyinin olduğu bildirilir. 1985-ci ildə ailə quran sənətçinin bu evlilikdən üç övladı var.
Mənbə: SABAH