Rusiyada saxta nikahla vətəndaşlıq alanların işi çətinləşir
Rusiya Dövlət Dumasına saxta nikahla əldə edilmiş Rusiya vətəndaşlığının ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib.
Sənəd parlamentin aşağı palatasının elektron məlumat bazasında yerləşdirilib.
Təşəbbüs Kaluqa vilayətinin qanunvericilik məclisi tərəfindən irəli sürülüb.
Qanun layihəsinə görə, saxta nikahın bağlanması, habelə rus dilini bilməsi barədə etibarsız sertifikatların verilməsi vətəndaşlıqdan çıxarılmaq üçün əsas olmalıdır.
Mənbə: Lenta.ru