Mar 28

Cəlilabad şəhərinin mərkəzində çirkab suları küçəyə axıdılır - FOTO

Cəlilabad şəhərinin Qurtuluş küçəsində çirkab suları küçəyə axıdılır.

Bu barədə ”Report”un yerli bürosuna sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, artıq bir neçə aydır ərazidəki kanalizasiya xətləri tutulub. Bu səbəbdən də çirkab suyu küçəyə axıdılır. Nəticədə şəhərin mərkəzində antisanitar vəziyyət yaranıb. Belə ki, ərazidə küçə boyu onlarla ticarət obyekti fəaliyyət göstərir. Küçəyə axıdılan da həmin obyektlərin çirkab sularıdır.

Məsələ ilə bağlı Cəlilabad Sukanal İdarəsindən bildirilib ki, sözügedən kanalizasiya xətti yağış suları üçün nəzərdə tutulsa da, artıq istismar müddəti başa çatıb.

“Bu səbəbdən şəhərə yeni kanalizasiya xətləri çəkilib. Mövcud problemin aradan qaldırılması üçün ərazidə fəaliyyət göstərən obyektlərin sahibləri aidiyyəti üzrə müraciət edərək texniki şərt almalıdırlar. Bundan sonra yeni abonentlər şəhərə çəkilmiş kanalizasiya xəttinə qoşulacaqlar”, - idarədən bildirilib.

Qeyd edək ki, bu küçə həm də köhnə Ələt-Astara magistralının Cəlilabad rayonu istiqamətindən keçən hissəsidir.

Bənzər xəbərlər

Gündəm

0.026391983032227