Yaponiyanın şimal-şərqində 6,1 bal gücündə zəlzələ baş verib
Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
İtkilər və dağıntılar barədə məlumat verilməyib.
Meteoroloqlar xəbərdarlıq edərək zəlzələ nəticəsində Yapon dənizinin səviyyəsində dəyişikliyin ola biləcəyini proqnoz veriblər.
Mənbə: TASS