Mar 28

Şotlandiya hökumətinə ilk dəfə müsəlman siyasətçi başçılıq edəcək

Şotlandiyanın Səhiyyə naziri Həmzə Yusaf ölkənin Milli Partiyasının (SNP) yeni lideri elan edilib və buna görə də regional hökumətə rəhbərlik edəcək.

Bu barədə bazar ertəsi SNP-nin katibi Lorna Finn partiya üzvləri arasında iki həftəlik səsvermənin nəticələrinə yekun vuraraq bildirib.

Yekun hesablamalara görə, Yusaf 26 mindən bir qədər çox partiya üzvünün (səsvermədə iştirak edənlərin 52,1 faizi) dəstəyini qazanaraq səsvermənin ikinci turunda qalib gəlib. Seçki kampaniyasını ikinci yerdə yerli Maliyyə Nazirliyinin rəhbəri Keyt Forbes (23,9 min səs və ya 47,9%) tamamlayıb. Üçüncü olan keçmiş təhlükəsizlik naziri Eş Reqan isə cəmi 5,6 min nəfərin dəstəyini alaraq ikinci tura keçə bilməyib.

Seçkilərdə yalnız SNP-dən olan Şotlandiya parlamentinin üzvləri iştirak ediblər. Ümumilikdə 72 min partiya üzvündən 50,5 mini səsverməyə qatılıb.

Qeyd edək ki, Həmzə Yusaf Pakistan əsilli britaniyalıdır. Onun ailəsi ötən əsrin 60-cı illərində Şotlandiyaya köçüb.

Mənbə: TASS

Bənzər xəbərlər

Gündəm

0.030985116958618